Partlayış: xəsarət alanlar var

Partlayış: xəsarət alanlar var
  16 Fevral 2013    Oxunub:1690
Goranboy rayonunda yaşayış evində partlayış olub.
Daxili İşlər Nazirliyinin mətbuatından verilən məlumata görə, hadisə fevralın 15-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində olub. Qəsəbə sakini Yasin Hüseynova məxsus evdə təbii qaz sızmasından partlayış baş verib.

Nəticədə evin dam örtüyü, qapı və pəncərələri dağılıb. Ev sahibi və onun qohumu Vüqar Nəbiyev isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyətləri orta-ağırdır.


Teqlər:





Xəbər lenti