Ermənistanın yeni hökuməti - SİYAHI

Ermənistanın yeni hökuməti - SİYAHI
  08 May 2013    Oxunub:1432
Ermənistanın Respublika Partiyası (ERP) şura iclası keçirib.
AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Tiqran Sarkisyan prezidentin fərmanı ilə təyin ediləcək yeni hökumət tərkibini təqdim edib.

“Nəzərə alsaq ki, hökumət aparatı rəhbəri hökumətin işini əlaqələndirməlidir, bu vəzifəyə Vaçe Qabrielyanın namizədliyini irəli sürmüşük. O, bu vəzifənin öhdəsindən necə lazımdır gələcək” – ERP-nın mətbuat katibi Şarmazanov bildirib. Qabrielyanın əvəzinə David Sarkisyan maliyyə naziri olacaq.

Ermənistanın gənclər və idman naziri vəzifəsinə əfsanəvi idmançı, olimpiya çempionu Yuri Vardanyan, iqtisadiyyat naziri vəzifəsinə isə tanınmış beynəlxalq ekspert, keçmiş nazir Vaqram Avanesyanın namizədliyi irəli sürülüb.

“Digər nazirlər öz vəzifələrinə yenidən təyin ediləcək” – Şarmazanov vurğulayıb.

Ermənistanın yeni nazirlər kabineti aşağıdakı kimi dəyişəcək:

Baş nazirin müavini - Armen Qevorkyan;

Ermənistanın şəhərsalmasının naziri - Samvel Tadevosyan;

Ermənistanın diaspor naziri - Qranuş Akopyan;

Ermənistanın səhiyyə naziri - Derenik Dumanyan;

Ermənistanın mədəniyyət naziri - Asmik Poqosyan;

Ermənistanın təhsil və elm naziri - Armen Aşotyan;

Ermənistanın təbiətin mühafizəsi naziri - Aram Artünyan;

Ermənistanın fövqəladə hallar naziri - Armen Yerisyan;

Ermənistanın kənd təsərrüfatı naziri - Serqo Karapetyan;

Ermənistanın gənclər və idman naziri - Yuri Vardanyan;

Ermənistanın nəqliyyat naziri - Qaqik Beqlaryan;

Ermənistanın əmək və sosial məsələlər naziri - Artyom Asatryan;

Ermənistanın maliyyə naziri - David Sarkisyan;

Ermənistanın iqtisadiyyat naziri – Vaqram Avanesyan;

Ermənistanın energetika və təbii resurslar naziri - Armen Movsisyan;

Ermənistanın ədliyyə naziri - Qrayr Tovmasyan.

AzVision.az


Teqlər:  





Xəbər lenti