Məmmədyarov nazirlərin iclasında mübahisə etdi

Məmmədyarov nazirlərin iclasında mübahisə etdi
  06 Dekabr 2014    Oxunub:2266
İsveçrənin Bazel şəhərində ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 21-ci iclası çərçivəsində GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclası dil polemikası ilə yadda qalıb.
Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, Ukraynanın XİN rəsmisi iclasın ingilis dilində aparılmasını təklif edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, GUAM çərçivəsində müxtəlif sektorların nümayəndələri ilə aparılan görüşlər və danışıqlar zamanı rus dilində ünsiyyət, ingilis dilindən istifadə ilə müqayisədə daha məhsuldardır:

“GUAM çərçivəsində nəqliyyat, gömrükçülər, sərhədçilər, turizm təşkilatları və sair səviyyədə bir çox sektor əməkdaşlığı mövcuddur. Öz görüşlərimdə və müzakirələrimdə ingilis deyil, rus dilindən istifadə daha rahat və məhsuldardır”.

Azərbaycan XİN rəsmisi politik emosiyaların əsiri olmamağa və dildən ünsiyyətin rahatlığı üçün istifadə etmək gərəkdiyini vurğulayıb.

Qeyd edək ki, GUAM-ın Nizamnaməsinə uyğun olaraq, rəsmi dil kimi rus və ingilis dilləri istifadə edilə bilər.


Teqlər:





Xəbər lenti