`Əl-Qaidə`nin ən təhlükəli terrorçusu öldürüldü
Hərbi qüvvələr reyd zamanı beş yaraqlının həbs edilib.
Adnan Şukricuma iyun ayında Pakistan hökumətinin yaraqlılarının bazalarına başladığı hücumlardan qurtarmaq üçün qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsindən Cənubi Vəziristana qaçıb.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Səudiyyə Ərəbistanında anadan olmuş Şukricumanı axtarışda olan terrorçular siyahısına salıb və onun ələ keçirilməsinə yardım göstərən şəxsə 5 milyon dollar vəd edib.
ABŞ prokurorları Şukricumanı Nyu-York metrosunda partlayış törətmək üçün kütləvi qırğın silahlarından istifadə etməyi planlaşdırdığını bildirirlər. (ANS)