Alimlər Birliyinin rəhbəri axtarışa verildi

Alimlər Birliyinin rəhbəri axtarışa verildi
  07 Dekabr 2014    Oxunub:1825
Beynəlxalq polis təşkilatı olan İnterpol Misir məhkəməsinin həbsinə qərar verdiyi Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif Əl Karadavinin axtarışına başlayıb.
AzVision.az -ın lent.az-a istinadən məlumatına görə, İntrepol Karadavi haqqında qırmızı büllüten açıb və üzv ölkələrə yayıb. 88 yaşlı alim haqqında anket məlumatlar və fotoşəkillər təşkilatın saytında da yerləşdirilib.

Qeyd edək ki, Misir və Qatar vətəndaşı olan Yusif Əl Karadavi cinayətə təhrik və yardım, məhbusların qaçmasına yardım, vandalizm və soyğun kimi əməllərdə təqsirləndirilir.

O, Misirin sabiq prezidenti Məhəmməd Mursini dəstəkləyən tanınmışlardan olub. Karadavi ilə yanaşı Müsəlman Qardaşları (İhvan) təşkilatının bir sıra liderləri də beynəlxalq axtarışa verilib.


Teqlər:  





Xəbər lenti