Bakıdakı fransız liseyinin açılış vaxtı bəlli oldu

Bakıdakı fransız liseyinin açılış vaxtı bəlli oldu
  08 May 2013    Oxunub:1498
İl yarım öncə Bakı şəhərinin Xətai rayonu ərazisində, Nobel prospektində təməli qoyulan Fransız liseyinin artıq son tamamlama işləri gedir. Liseyin açılış vaxtı 2013-cü ilin sentyabr ayına planlaşdırılır.
Bu barədə Azvision-a Fransanın Bakıdakı səfiri Paskal Mönye bildirib. Onun sözlərinə görə, layihə sürətlə irəliləyir və Azərbaycan və fransız metodikasını özündə birləşdirilməsi istiqamətində işləri aparılır: “İlkin hazırlıqlar çox önəmlidir. 2011-ci ildə imzalanmış sazişə müvafiq olaraq müasir, keyfiyyətli məktəbin uğurlu tikintisi ilə yanaşı, pedaqoji tədris də vacib elementdir. Bu baxımdan hər iki ölkənin metodikasının vəhdətindən ibarət yeni və fərqli təhsil sisteminin tətbiqinə hazırlaşırıq”.

Səfir həmçinin bildirib ki, Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən liseyin binası konstruktivizm üslubundadır: "Ümumi sahəsi 7 min 960 kvadrat metr təşkil edən liseydə 320 şagird təhsil alacaq. Bundan başqa, tədris otaqları, fənn kabinetləri, laboratoriya, kütləvi tədbirlər üçün otaqlar, bədii dərnəklər, idman və akt zalları, uşaq bağçası fəaliyyət göstərəcək”.

Qeyd edək ki, sözügedən lisey Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişilə inşa edilir.

Sevda Babayeva


Teqlər:  





Xəbər lenti