Batuminin ən böyük bazarında yanğın - ölən var

Batuminin ən böyük bazarında yanğın - ölən var
  07 Dekabr 2014    Oxunub:1341
Batuminin ən böyük bazarında yanğın nəticəsində 1 nəfər ölüb. Batuminin yanğından xilasetmə idarəsinin rəisin Hüseyn Sirabidzenin Trend-ə verdiyi məlumata görə, onun cəsədi pavilyonların birində tapılıbdır.

Yanğın nəticəsində birinin vəziyyəti ağır olmaqla iki nəfər xəsarət alıb və şəhər xəstəxanasına yerləşdirilib.

Yanğının qarşısının alınmasına 20 yaxın yanğınsöndürmə maşını və 100 nəfər yanğınsöndürən cəlb olunmuşdur. Sirabidzenin verdiyi məlumata görə, yanğın pirotexnika mağazasında yaranıb, oradan 500-600 kv.m. təşkil edən sahəyə yayılıb.


Teqlər:





Xəbər lenti