Gülər Əhmədovanın “Monika”sını əlindən aldılar

Gülər Əhmədovanın “Monika”sını əlindən aldılar
  16 Fevral 2013    Oxunub:2292
Azərbaycan mətbuatında bu gün:
Yeni Müsavat


Gülər Əhmədovanın “Monika”sını əlindən aldılar

Sabiq deputat gülər Əhmədova barədə ötən günlərdə həbs qətimkan tədbirinin seçilməsi gündəmin mövzusuna çevrilib. Belə ki, sabiq deputatın Bakıda bir neçə obyekti ələ keçirilib. Bizə daxil olan məlumat görə İçərişəhər metrosunun yaxınlığında yerləşən “Monika beauty center” salonu yağmalanıb. İndi həmin yer iki ayrı firmaya icarəyə verilib.

Qəbələ RLS-də əmlakın bölgüsü yekunlaşmaq üzrədir

Yaxın günlərdə Azərbaycan-Rusiya ikitərəfli komissiyası Qəbələ RLS-də siyahıyaalma prosesini yekunlaşdıracaq, bu barədə jurnalistlərə RF-nin Bakıdakı səfiri Vladimir Doroxin bildirib. Bakıda fevralın 5-də keçirilən, iş prinsipi, qrafiki və metodları razılaşdırılan iclasdan sonra komissiya Qəbələdə işləri davam etdirir.


Bizim Yol


Mirmahmud Mirəlioğlu qələbədən danışır

Əgər Azərbaycanda demokratik seçki keçirilərsə, biz qalib gələcəyik. Bunu APA-ya açıqlamasın da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. “Cəmiyyətdə bütövlükdə seçkiqabağı vəziyyət hiss olunmur. Müxalifət də, iqtidar da bu cəmiyyətin tərkib hissəsidir. Seçki ilinin olmasına baxmayaraq, seçki əhval-ruhiyyəsi hələlik müşahidə edilmir”. KXCP sədri partiyanın artıq mərkəzi seçki qərargahının yaradıldığını da qeyd edib. Onun sözlərinə görə, regionlar üzrə də seçki qərargahının formalaşdırılması prosesi artıq yekunlaşır.

XİN Avropa Birliyini ittiham etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin Azərbaycanda insan haqlarına dair son bəyanatını istintaq işinin gedişinə müdaxilə kimi dəyərləndirir. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AB-nin ATƏT-dəki nümayəndəliyinin son bəyanatını belə şərh edib. “Bu qəbulolunmazdır və təəccüb doğurur. Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz, çünki Azərbaycanda da istintaq prosesi bütün dünyada olduğu kimi müstəqildir. Əgər Avropa Birliyi Ermənistanda prezidentliyə namizədin günün günorta çağı güllələnməsinə münasibət bildirmirsə, onda bu qurumun ümumiyyətlə hansısa ölkə ilə bağlı bəyanata verməyə haqqı çatmır”.

Vilyam Hacıyev: İşdən çıxarılacağıma əsas yoxdur

Mətbuatda üç rayonun icra başçısının vəzifəsindən çıxarılması ilə bağlı xəbərlər yayılıb. Bildirib ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev və Neftçala Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev tutduqları vəzifədən azad olunacaqlar. Onların vəzifədən azad olunması ilə bağlı axşam saatlarında sərəncamın elan ediləcəyi də bildirilib. Bununla bağlı İmişli rayon icra başçısı Vilyam Hacıyev AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, elə xəbəri yayanları məhkəməyə verəcək: "Hazırda işlərimi icra edirəm. İşdən çıxmağımı da ehtimal etmirəm. Çünki burada əsas yoxdur. Əhali fəaliyyətimdən razıdır. Tez-tez rayon sakinləri ilə görüşlər keçirirəm. Bu yazılanlar uydurmadır. Yalan xəbər ötürənləri məhkəməyə verməyə hazırlaşıram".


Zerkalo


Время не ждет

“США запросили в ООН мандат для размещения своих миротворцев в Нагорном Карабахе”. Об этом заявил российский политолог Владимир Захаров. Заявив, что США еще не отказались от плана вторжения в Иран, политолог отметил, что размещение миротворцев в Нагорном Карабахе является составной частью этого плана. При этом он заявил, что “независимость Нагорного Карабаха первой должна признать Армения”. “В противном случае ни одна другая страна этого не сделает”, – отметил он. Он сказал, что Нагорный Карабах ничего из себя не представляет без статуса.

Очередной шаг президента

15 февраля президент Ильхам Алиев представил в парламент законопроект “О защите интересов предпринимателей и регулировании проверок, проводимых в сфере предпринимательства”. Главная цель законопроекта – установить единые правила проверок в сфере предпринимательской деятельности и пресечь незаконное вмешательство в деятельность предпринимателей во время этих проверок.


Unikal


“Bu il Azərbaycan üçün həm də geopolitik seçim ili olacaq”

Azərbaycanda geopolitik proseslərlə bağlı suallara tanınmış politoloq Razi Nurullayev aydınlıq gətirib. Politoloqun fikrincə Xocalı aeroportu ilə bağlı məsələlərin şişirdilməsində birbaşa Rusiya maraqlıdır. Rusiya Ermənistandan istifadə edərək Azərbaycana təzyiq göstərir. Prezident seçkiləri ili olduğundan ölkəmizə xarici dövlətlərinin ölkəmizə təzyiq imkanlarının genişləndiyini bildirən politoloq sonda qeyd edib ki, Azərbaycanın xarici siyasətində 1992-ci müşahidə edilən və bütün iqtidarların istifadə etdiyi balanslaşdırma siyasətinə son qoymağın vaxtı çatıb. Bu proses 2010-cu ildən başlayıb, Azərbaycan xarici siyasətdə açıq-aşkar qərblə olan əlaqələrin inkişafına, Avropa dövlətləri ilə olan əməkdaşlığın irəliləməsinə üstünlük verir. Bunu Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı iştirakı da göstərir.


Azadlıq


Cavid Qurbanov da istefaya göndərilə bilər

“Azəryolservis”in şefi, deputat Cavid Qurbanov da istefaya göndərilə bilər. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hazırda onun durumu olduqca pisdir. Çünki Cavid Qurbanovun “vurulmasın”da nəqliyyat naziri Ziya Məmmədov da maraqlıdır. “Azəryolservis” şefi son dövrlərə kimi nəqliyyat nazirinin sağ əli olub. Lakin artıq onların münasibətlərinin gərginləşdiyi bildirilir. Bunun kökündə isə Cavid Qurbanovun özünü Ziya Məmmədovun tabeliyində olan digər şəxslərə nisbətən müstəqil aparması dayanır. Həmçinin Cavid Qurbanovun Istanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardır.




Teqlər:  





Xəbər lenti