Bakıda bir yol açıldı, digəri bağlandı

Bakıda bir yol açıldı, digəri bağlandı
  08 Dekabr 2014    Oxunub:1179
Bakının böyük prospektlərindən birində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti kənar yolda (Koroğlu metrostansiyası istiqamətində) aparılan qazıntı işləri ilə əlaqədar avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ olaraq H.Əliyev prospekti orta yoldan istifadə etmələrini tövsiyə edir.

NİİM-dən verilən digər məlumata görə, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində aparılan təmir işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


Teqlər:  



Xəbər lenti