“Vasmoy bazarı” satışa çıxarıldı

“Vasmoy bazarı” satışa çıxarıldı
  08 Dekabr 2014    Oxunub:7859
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, 514,981 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.

Qaliblə səhmlərin alğı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5 faizini isə SC-nin hesabına köçürməlidir.

Müsabiqə təklifləri 2015-ci il yanvarın 14-dək qəbul ediləcək və yanvarın 16-da qiymətləndiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti