Ümumdünya Ticarət Təşkilatına yeni rəhbər

Ümumdünya Ticarət Təşkilatına yeni rəhbər
  08 May 2013    Oxunub:1007
O, braziliyalı diplomat Roberto Azevedodur
Ümumdünya Ticarət Təşkilatının rəhbəri braziliyalı diplomat Roberto Azevedo seçilib. Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının hazırkı baş direktoru fransalı Paskal Laminin mandatı bu il avqustun 31-də bitir. 55 yaşlı Roberto Azevedo təşkilatın 159 üzvü arasında keçirilən müzakirələrin üçüncü mərhələsi zamanı seçilib. Qeyd edək ki, təşkilat çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti