Heydər Əliyevin ruhuna ehsan veriləcək

Heydər Əliyevin ruhuna ehsan veriləcək
  09 Dekabr 2014    Oxunub:1713
İçəri şəhər «Cümə» məscidində Heydər Əliyevin xatirəsinə ehsan mərasimi təşkil olunacaq.
Bir neçə gündən sonra mərhum prezident Heydər Əliyevin vəfatının 11-ci ildönümünü qeyd ediləcək. Bununla əlaqədar dekabr ayının 12-də İçəri şəhər «Cümə məscidi» dini icması tərəfindən Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehsan mərasiminin keçirilməsi nəzərdə tutulub.

Qafqaz Müsəlmanları İdarəsi sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib ki, Qurani-Kərimin əl-Bəqərə surəsinin 269-cu ayəsində belə deyilir: "Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu, ancaq ağıllı adamlar dərk edər". Bu hikmətli sözlər məhz Heydər Əliyevə addir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb.

O, hər zaman deyib: «Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik». «Biz azərbaycanlılar, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq».


Teqlər:



Xəbər lenti