TQDK sədri şikayətçilərə söz verdi

TQDK sədri şikayətçilərə söz verdi
  09 Dekabr 2014    Oxunub:1631
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 9-da Sabirabad şəhərində vətəndaşlarla görüş keçirib.

Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar Komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər edib və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

Görüşdən sonra TQDK-nın sədri Sabirabad, Saatlı və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüş keçirib və həmin rayonların məzunlarının 2014-cü ildə qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr müzakirə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti