Yalançı endirimlərə qarşı mübarizə aparılır

Yalançı endirimlərə qarşı mübarizə aparılır
  08 May 2013    Oxunub:1261
"Son modellər endirim qiymətlərlə", "Ən ucuz qiymətlər"
İqtisadi İnkişaf Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. ilə S.Əsgərova küçəsinin kəsişməsində yerləşən fiziki şəxs Qəşəm Süleymanova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Belə ki, mağazanın giriş hissəsində "Ən son modellər, endirim qiymətlərlə, koftalar, çantalar", "Koftalar 5 AZN" "Çantalar 5 AZN", "Koftalar 3-5-7 AZN", "Ayaqqabılar 5-7-15 AZN", "Çantalar 5-10 AZN", "Son modellər endirim qiymətlərlə", "Ən ucuz qiymətlər" yazılmış reklamlar yayımlansa da, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların ən son modellər və qiymətinin isə ən ucuz olmadığı, habelə mağazada adı çəkilən malların satışda olan qiymətlərinin reklamda göstərilən qiymətlərdən fərqli və daha yüksək olduğu müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən fiziki şəxs Qəşəm Süleymanova qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Teqlər:  





Xəbər lenti