Gənclər üçün yeni dövlət proqramı hazırlanır

Gənclər üçün yeni dövlət proqramı hazırlanır
  10 Dekabr 2014    Oxunub:1700
“2016-2020-ci illər üçün gənclərlə bağlı yeni dövlət proqramının hazırlanmasına başlanılacaq".
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, gənclərlə bağlı olan 2011-2015-ci illəri əhatə edən "Dövlət Proqramı"nın icra müddəti 2015-ci ildə başa çatacaq: " Gələn il nazirlik tərəfindən gənclər üçün yeni dövlət proqramının hazırlanması ilə bağlı çağırışlar ediləcək. Həmçinin, mesajlarımızı göndərəcəyik ki, hansı sahədə problemlər görürlərsə, bununla bağlı təkliflərini bizə versinlər".


Teqlər:



Xəbər lenti