18 yaşlı tələbə bıçaqlandı

18 yaşlı tələbə bıçaqlandı
  10 Dekabr 2014    Oxunub:1482
Bakıda 18 yaşlı tələbə bıçaqlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, hadisə rayonun Nadir Əhmədov küçəsi - 26 ünvanında yerləşən 64 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar Novruzovu bıçaqlayıb. E.Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şahin Əliyev tutulub.

Xətai rayon Polis İdarəsindən bildiriblib ki, Elmar Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsidir.


Teqlər:



Xəbər lenti