Onlar milyon qazansalar da vergi vermirlər... - SİYAHI
Vergidən yayınan şadlıq evlərinin siyahısı:
“Ramin” şadlıq sarayı, “Sahil” şadlıq evi, “Gülüstan” şadlıq evi, “Qızıl Quş” restoranı, “Çinar” restoranı, “Şeş-beş” restoranı, “Dörd Qardaş” restoranı.
Vergidən yayınan otellər:
“Empire” mehmanxanası, “Araz” mehmanxası, “Dalğa” mehmanxanası, “Kəpəz” mehmanxanası, “İstanbul Siti” Otel.
Eləcə də bəzi istirahət mərkəzləri var ki, onlar da vergidən yayınırlar.
Məsələn, Xaçmaz rayonunda yerləşən `Nabran` istirahət mərkəzi, Qubada yerləşən `Aynur` istirahət zonası, Salyan rayonundakı `Xəzər` ailəvi istirahət mərkəzi.
Vergilər Nazirliyindən isə bu məsələ ilə bağlı bildiriblər ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Əksər vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər ki, bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı həftədə “Vergilər” qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. Borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.
Adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


