DİN-dən `Qarabağ` - `İnter` oyunu ilə bağlı AÇIQLAMA

DİN-dən `Qarabağ` - `İnter` oyunu ilə bağlı AÇIQLAMA
  10 Dekabr 2014    Oxunub:2311
Daxili İşlər Nazirliyi sabah Bakıda keçiriləcək “Qarabağ”- “İnter” oyunu ilə əlaqədar təhlükəsizlik tədbirləri görəcək.
DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov AzVision.az-a açıqlamasında oyunun baş tutacağı Tofiq Bəhrəmov adına Respublika Stadionda bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü deyib:

“Kütləvi təbirlərdə istər idman yarışlarında, istərsə də digər mədəniyyət tədbirlərində polis əməkdaşları sözsüz ki, ictimai asayişin və tədbir iştirakçılarının, azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə oyun başlamazadan əvvəl və sonra həmin ərazidə gücləndirilmiş iş rejimində öz fəaliyyətlərini davam etdirəcəklər”.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

Xatırladaq ki, bir müddət öncə Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı. Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti