Partlayış oldu - ana və 8 yaşlı oğlu yandı

Partlayış oldu - ana və 8 yaşlı oğlu yandı
  10 Dekabr 2014    Oxunub:1467
Daşkəsən rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
AZVision.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.


Teqlər:  



Xəbər lenti