Sabah Bakıda su olmayacaq

Sabah Bakıda su olmayacaq
  10 Dekabr 2014    Oxunub:1571
Dekabrın 11-də Bakı və Abşeronun bəzi yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq icra edilən “Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən bir sıra yaşayış massivlərinə birləşmə veriləcək.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, bununla əlaqədar dekabrın 11-də gecə saatlarından Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə, Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi gün ərzində məhdudlaşdırılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti