Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı
  10 Dekabr 2014    Oxunub:1645
Prezident İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılıb.

AzVision.azs


Teqlər:



Xəbər lenti