ATƏT rəsmisi `ASAN Xidmət`i nümunə göstərdi

ATƏT rəsmisi `ASAN Xidmət`i nümunə göstərdi
  10 Dekabr 2014    Oxunub:2006
Dekabrın 10-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və ATƏT arasında səmərəli əlaqələrini vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, o cümlədən məhkəmə-hüquq sisteminin inkişafını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsindən, hakimlərin sayının artırılmasından və onların Avropada ən şəffaf seçimindən, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsindən danışıb. Nazir həyata keçirilən islahatlarda, xüsusilə hakimlərin tədrisində ATƏT-in fəal iştirakını vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edən qonaq ölkəmizin dinamik inkişafının və siyasi nüfuzunun günbəgün artdığını bildirib və mütərəqqi yenilikləri, o cümlədən Azərbaycanın brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdir edərək vurğulayıb ki, belə səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir.

A.Şahtaxtinski, həmçinin məhkəmə və ədliyyə sahəsindəki nailiyyətləri maraqla qarşılayıb, islahatlara dəstək göstərmək üçün müxtəlif layihələrin həyata keçirilməsinə dair konkret təkliflər irəli sürüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların treninqi və s. ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Teqlər:



Xəbər lenti