Zeynəb Xanlarova kimdən və niyə gizlənir?

Zeynəb Xanlarova kimdən və niyə gizlənir?
  11 Dekabr 2014    Oxunub:13561
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Türkiyədən Azərbaycana qayıtsa da dostları, yaxınları onu tapa bilmirlər.

Bu barədə AzVision.az-a millət vəkilinin köməkçisi məlumat verib. Mətbuatda adının çəkilməsini istəməyən xanım bildirib ki, Zeynəb Xanlarova heç kimlə əlaqə saxlamaq istəmir:

“Bütün telekanallardan zəng vurub Zeynəb xanımı axtarırlar. Amma onu tapa bilmirik. Özü Bakıda olanda həmişə bizimlə əlaqə saxlayır. Amma indi zəng vurmur. Onun hara getdiyini bilmirik. Əgər Bakıdadırsa dövlət tədbirlərində də iştirak edəcək”.

Köməkçisi bildirib ki, Zeynəb Xanlarova Türkiyədən qayıdandan sonra telefon nömrələrini də dəyişib, tapşırıq verib ki, əlaqə nömrələrini heç kimə verməsinlər.

“Yəqin o səs yazma ilə məşğuldur. Ona görə heç kəslə əlaqə saxlamır. Zeynəb xanım səs yazdıranda telefonlara cavab vermir. Zeynəb xanım bütün telefon nömrələrini dəyişdirib. Əl telefonu da işlətmir. Başqa telefon nömrələrini isə heç kəsə vermir”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti