“BP-Azerbaijan”dan kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
“Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək. Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.”
Qeyd edək ki, xarici mətbuatda yer alan məlumata görə, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən BP şirkəti gələn il yüzlərlə iş yerində ixtisarla aparılacaq. Belə ki, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


