Polis klounların arzusunu gözündə qoydu - VİDEO

Polis klounların arzusunu gözündə qoydu - VİDEO
  08 May 2013    Oxunub:1073
Əfsanəvi “Cirque du Soleil” Sankt Peterburqda yeni proqramın başlanması münasibətilə şəhərdə yürüş keçirmək qərarına gəlib. Lakin Piter polisi sirk ustalarının arzusunu gözündə qoyub.
Nevski prospektində keçiriləcək yürüş üçün əvvəlcədən şəhər rəhbərliyindən icazə alan “Cirque du Soleil” artistləri qeyri-adi üsulla öz yeni – Alegria adlanan proqramlarını təqdim etmək istəyiblər.

Sirk artistləri küçəyə çıxan kimi onlara yüzlərlə Peterburq sakini də qoşulub və yürüş iştirakçılarının sayı razılaşdırılandan xeyli artıq olub.

“Cirque du Soleil” truppası Nevskidə görünən kimi Piter polisi yürüşə müdaxilə edib. Artistlərin mini tamaşanı dağıtmaqdan başqa çarəsi qalmayıb.





Teqlər:  





Xəbər lenti