Bakının bu küçəsi bir həftəlik bağlandı

Bakının bu küçəsi bir həftəlik bağlandı
  11 Dekabr 2014    Oxunub:1989
Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.
AzVision.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir). Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işlərininin 1 (bir) həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti