Nəcməddin Sadıkov xəstə əsgərlərə baş çəkdi

Nəcməddin Sadıkov xəstə əsgərlərə baş çəkdi
  11 Dekabr 2014    Oxunub:1833
Dekabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Mwdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.

General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:



Xəbər lenti