Yavər Camalov Türkiyə müdafiə nazirinin müavinini qəbul edib

Yavər Camalov Türkiyə müdafiə nazirinin müavinini qəbul edib
  11 Dekabr 2014    Oxunub:1600
Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə nazirinin müavini Hasan Kemal Yardımcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti