Səfir Bakı Ali Neft Məktəbində olub

Səfir Bakı Ali Neft Məktəbində olub
  11 Dekabr 2014    Oxunub:1346
Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüş keçirilib. AzVision.az xəbər verir ki, Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Elmar Qasımov iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafında BANM-in rolunu qeyd edib. Rektor Böyük Britaniyanın Heriot-Vatt Universitetinin müəllimlərinin BANM-də imtahan prosesində yaxından iştirak etdiyini bildirib. Görüşdə qeyd olunub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Böyük Britaniya elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb edir. BANM-nin British Council ilə əlaqələrindən də danışan E.Qasımov ali təhsil ocağının gələcəkdə BP və beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacağını qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ölkəmizdə keçirdiyi ilk görüşlərinin BANM-də başladığını məmnunluqla xatırlayaraq, Ali Məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrinin digər universitetlərə nümunə olduğunu bildirib. Diplomat Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək əməkdaşlıq perspektivlərini də yüksək qiymətləndirib. Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif edib.

Görüşdə Heriot-Vatt Universitetinin müəllim heyəti də iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti