QHT Şurası müsabiqə elan etdi
İclasda çıxış edən Şura üzvləri Tahir Süleymanov, Rəna Mirzəzadə, Vüqar Qədirov və Dilarə Vəliyeva müsabiqənin şərt və qaydaları ilə bağlı təkliflərini səsləndiriblər.
Gündəlikdə dayanan II məsələ ilə bağlı məlumat verən Şura Katibliyinin baş mühasibi Tofiq Həsənov Şuranın 2015-ci il büdcəsinin xərclər smetası üzrə hazırlanan sənədi iclas iştirakçılarına təqdim edib.
Gündəlikdəki dayanan təşkilati məsələlərə münasibət bildirən Azay Quliyev Şura Katibliyinin baş mühasibi Tofiq Həsənovun yaş həddi ilə əlaqədar təqaüdə çıxması ilə bağlı ərizəylə müraciət etdiyini qeyd edib. Tofiq Həsənovun Şuranın və vətəndaş cəmiyyəti inistitutlarının mühasibatlıq işinin qurulmasında müstəsna xidmətləri olduğunu bildirən Azay Quliyev onun fəxri fərmanla təltif edilməsi haqqında əmr imzaladığını bildirib. Şura sədri Katibliyin baş mühasib vəzifəsinə qurumun aparıcı məsləhətçisi Emin Məmmədovun təyin olunması ilə bağlı təqdimat verdiyini bildirərək məsələyə Şura üzvlərinin münasibət bildirməsini təklif edib.Azay Quliyev 2014 - cü ildə yubleyləri olan Şura üzvləri Rəna Mirzəzadə və Dilarə Vəliyevanı da təbrik edərək QHT sektorunun inkişafına verdikləri töhfələrə görə onlara təşəkkürünü bildirib. Şura sədri hər iki Şura üzvünün fəxri fərmanla təltif olunması haqqında əmr imzaladığını qeyd edib.
Azay Quliyev indiyədək Şura ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Məclis arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib. Şura sədri yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də analoji sənədin imzalanacağını deyib.
İclasda gündəlikdə duran məsələlər müzakirələrdən sonra səs qoyularaq qəbul olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


