Bu mağazalardan mal almayın - SİYAHI

Bu mağazalardan mal almayın - SİYAHI
  12 Dekabr 2014    Oxunub:2585
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
AzVision.az xəbər verir ki, monitorinqlər zamanı Xəzər və Sumqayıtda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Bundan başqa, Yasamal, Səbail, Xəzər, Sumqayıt, Ucar və Oğuzda fiziki şəxslərə məxsus restoran və mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşib. Həmçinin, Səbail, Yasamal, Sumqayıt, Gəncə, Beyləqan, Göyçay, Qusar, Ağsu, Zaqatala və Ağdamda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Yararsız mallar aşkar edilən mağazaların siyahısını təqdim edirik:

Bakının Xəzər rayonunda
- Mərdəkan qəsəbəsində Elsevər Əliyevə məxsus mağazada;


Sumqayıt şəhərində
- 6-cı mikrorayon, 25 ünvanında Mətanət Hüseynovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda
- Yeni Yasamal 2 ünvanında Rəşad İbrahimova məxsus mağazada;
- Ə. Haqverdiyev küçəsi, 13 ünvanında Ramin Abdullayevə məxsus mağazada

Səbail rayonunda
- R.Rza küçəsi, 21/26 ünvanında Mirzə Seyidova məxsus mağazada;

Xəzər rayonunda
- Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində Rofuq Quliyevə məxsus mağazada;

Sumqayıt şəhərində
- 41A məhəllə, 3 ünvanında Cəmilə Sadıqovaya məxsus mağazada;

Ucar şəhərində
- 20 Yanvar küçəsində Seymur Mərdanova məxsus mağazada;

Oğuz rayonunda
- Bayan kəndində Bəhruz Məmmədova məxsus restoranda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Səbail rayonunda
- Salyan şosesində Azər Rzayevə məxsus mağazada;

Yasamal rayonunda
- Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, 15A ünvanında Zöhrab Zeynalova məxsus mağazada;

Sumqayıt şəhərində
- 12-ci mikrorayon, 1/2 ünvanında Səhniyyə Cəmilovaya məxsus mağazada;
- 5-ci mikrorayon, 23/24 ünvanında Ruxsarə Əliyevaya məxsus mağazada;
- Koroğlu prospekti, 41A məhəllə, 280 ünvanında Elvin Məmmədova məxsus mağazada;

Gəncə şəhərində
- Xətai prospekti, 97 ünvanında Vüsal Qocayevə məxsus mağazada;

Beyləqan şəhərində
- M.Rəsulzadə küçəsində Samit Hüseynova məxsus mağazada;

Göyçay şəhərində
- H.Əliyev prospektində İkram Yusifova məxsus mağazada;

Qusar şəhərində
- Ə.Səfixanov küçəsində Mübariz Verdixanova məxsus mağazada;

Ağsu rayonunda
- Ülgüc kəndində Zahir Quliyevə məxsus mağazada;

Zaqatala şəhərində
- Bazar ərazisində Nəzakət Yaqubovaya məxsus mağazada;

Ağdam rayonunda
- Bənövşələr qəsəbəsində Tahir Abışova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlan


Teqlər:  





Xəbər lenti