Siqaret çəkən avtobus sürücüləri cərimələndi

Siqaret çəkən avtobus sürücüləri cərimələndi
  12 Dekabr 2014    Oxunub:1904
“Sürücülərə avtobuslarda siqaret çəkməsi, dayanacaqdan kənar saxlaması və musiqilərin qoşulması ilə bağlı ciddi tədbirlər görülür və cərimə sanksiyaları tətbiq olunur”.
Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, bu günlərdə avtobusda siqaret çəkdiyi üçün 13 sürücü barəsində protokol tərtib olunub:

“Bizə İntelektual İdarəetmə Mərkəzindən nöqsana yol verən sürücülərlə bağlı məlumatlar daxil olur və bununla bağlı tədbir görürük. Əgər sürücü mütəmadi olaraq bu cür nöqsanlara yol verirsə, onu sürücülükdən azad edirik. Artıq elektron tablo hazırlanıb. İşindən kənarlaşıdırılan sürücü başqa xətt avtobosundan işə düzələ bilməz. Biz bu cür halların qarşısını alırıq. İşinin öhdəsindən gələ bilməyən sürücülər işindən azad olunacaq”.

Ə.Cəfərov qeyd edib ki, onlar yeni 150 nəfər sürücü hazırlayıblar.

Qeyd edək ki, marşrut avtobuslarında siqaret çəkmək, telefonla danışmaq qadağan edilsə də bəzi sürücülər buna məhəl qoymurlar. Son vaxtlar sosial şəbəkələrdə avtobusu idarə edərkən siqaret çəkən və telefondan istifadə edən sürücülərin fotoları geniş yayımlanır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti