Putinin Türkiyə səfərinə XİN-dən reaksiya

Putinin Türkiyə səfərinə XİN-dən reaksiya
  12 Dekabr 2014    Oxunub:1817
“Regionda sabitliyin artması, etimad mühitinin daha da yeni səviyyədə inkişaf etməsi bölgədə olan bütün münaqişələrin həll olunmasına öz yüksək təsirini göstərə bilər”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya prezidenti Vladimir Putinin bir neçə gün öncə Türkiyəyə səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həm Rusiya danışıqlarda vasitəçi kimi, həm də Türkiyə regionda vacib rol oynayan, Ermənistanla həmsərhəd olan dövlət kimi Qarabağ münaqişənin həll olunmasında böyük təsir gücünə malikdir:

“Mən ümid etmək istəyərdim ki, həm ölkələr arasında münasibətlərin möhkəmlənməsi, həm də öz-özlüyündə həmin ölkələrlə Azərbaycan arasında münasibətlərin fonunda münaqişələrin həll olunmasında hər iki ölkənin səyləri artırıla bilər”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti