Türk səfirdən önəmli açıqlamalar
O vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycan yox, eni zamanda Türkiyə, Azərbaycan-Türkiyə münasibətləri və bütövlükdə Türk dünyası üçün çox önəmli şəxsiyyətdir:
“Onun qurub yaratdığı, inkişaf etdiridiyi əsər Azərbaycandır. Müstəqilliyindən etibarən qısa müddət ərzində əldə edilən uğurlar vaxtında təməli qoyulan uğurlu siyasətin davamıdır. Türkiyə də Azərbaycanın belə uğurlarından qürur duyur. Bu gün Heydər Əliyevi anmaq üçün etdiyimiz ziyarət ona borcumuzun nişanəsidir. Biz hər il səfirliyin bütün işçiləri ilə birlikdə bura gəlib, onun xatirəsini yad edirik”.
Türkiyəli səfir həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsindən də söz açıb. O vurğulayıb ki, layihə bəzi səbəblərə görə gecikə bilər, lakin o, əvvəl-axır reallaşacaq:
“Texniki, ticari və başqa səbəblərə görə gecikə bilər, amma Türkiyə, Gürcüstan və Azərbaycanın bu dəmir yolu xəttini reallaşdırmaq üçün iradəsi, gücü, sərmayəsi və texniki imkanı var. Gecikmələr, bir il təxirə salınmalar tez-tez təkrarlanır. Bunlar spekulyasiyadır. Gecikmələr olsa da bu layihə reallaşdırılacaq və yaxşı nətiəcələr verəcək”.
Səfir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə qaz almaq haqqında razılığa gəlməsindən də danışıb:
“Bu, üzərində müzakirə olunmalı olan məsələ kimi gündəmə gəlib. Hələ ki, bu təkliflə bağlı lazımi müzakirələr olmayıb, sənədlər imzalanmayıb. Bu təklif həmçinin TANAP layihəsi ilə müqayisə edilir, bunlar da spekulyasiyadır. Bunlar hər iki reallaşacağı təqdirdə bir-birini tamamlayacaq layihələr olacaq”.
Səfir daha sonra TANAP layihəsində söz açıb:
“Planlaşdırdığımız kimi TANAP addım-addım irəliləyir. Türkiyədə lazımi işlər görülür, borularla bağlı tenderlər yekunlaşıb. Burada “Şahdəniz” yatağı ilə bağlı görülən işlər, buradan Türkiyəyə gedən boruların genişləndirilməsi ilə bağlı paralel olaraq Türkiyədə də TANAP üçün işlər birlikdə davam etdirilir. Bu, asan iş deyil, sinxronizasiya tələb edən işdir. Amma böyük qürurla demək istəyirəm ki. Işlərimizi səylə davam etdiririk.
Vaxtilə Bakı-Tbilisi-Ceyhan da bir vaxtlar xəyal idi, amma indi onun haqqında adi bir boru xətti kimi danışılır. TANAP layihəsini də belə reallaşdıracağıq və bu yolda addım addım irəliləyirik”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


