İrana gedənlərin işi asanlaşır

İrana gedənlərin işi asanlaşır
  12 Dekabr 2014    Oxunub:1850
“Azərbayanla İran arasında yeni sərhəd məntəqəsi açılacaq”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev deyib. Onun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsi Biləsuvarda olacaq:

“Hazırda iş danışıqlar mərhələsindədir. Demək olar ki, razılığa gəlinib. Biləsuvar məntəqəsi 24 saat fəaliyyət göstərəcək. Bu məsələni biz qaldırmışıq. Çünki həm instensivlik artır, həm də Naxçıvana gedən yük maşınlarının ünvana tez çatması üçün bu lazımdır.Yaxın zamanlarda məsələ öz həllini tapacaq”.

Ə.Abdullayev onu da əlavə edib ki, gələcəkdə Xudafərin körpüsü üzərində sərhəd keçid məntəqəsi yaradıla bilər.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti