Azərbaycan erməni ailəsini geri qaytardı
Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişlər.
Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq edib, onların saxlanma şəraiti ilə bağlı irad bildirməyiblər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.
Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürüb, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə “iradlar” bildirib, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj edib, hədələyib, təhqir etməkdən belə çəkinməyib. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək ailəni tezliklə üçüncü ölkəyə göndərməyin vacibliyini çatdırmağa çalışıb.
Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmayıb, hətta azyaşlı uşaqların da taleyi ilə maraqlanmayıb.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib və insidentsiz başa çatıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


