Hava yenidən pisləşir - qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 13-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


