Nərgiz Paşayeva ailəsi ilə - FOTOLAR

Nərgiz Paşayeva ailəsi ilə - FOTOLAR
  12 Dekabr 2014    Oxunub:6024
Bakı Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Rəssamı Səbinə Şıxlinskayanın işıq və video installyasiyalarından ibarət "İllüziyalar" adlı fərdi sərgisinin açılışı olub.
Bakı Müasir İncəsənət Muzeyinin direktoru, "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova tədbiri açaraq toplaşanlara minnətdarlığını bildirib və Səbinə Şıxlinskayanın yaradıcılığından söhbət açıb. A.Mahmudova qeyd edib ki, S.Şıxlinskaya Azərbaycanın ən istedadlı rəssamlarından biridir, uzun illərdir ki, müasir konseptual və multimedia sənəti sahəsində işləyir. Muzeyin direktoru bildirib ki, Səbinə Şıxlinskayanın işləri dünyanın bir çox ölkələrinin özəl və muzey kolleksiyalarında nümayiş etdirilir və saxlanılır.









Səbinə Şıxlinskaya çıxışında Aida Mahmudovaya, muzeyin əməkdaşlarına və "İllüziyalar" sərgisinin təşkilinə kömək göstərənlərə təşəkkür edib. Rəssam layihənin uğur qazanacağına əmin olduğunu bildirib. "İllüziyalar" sərgi layihəsi müasir cəmiyyət nümayəndələrinin əksəriyyətinin ən geniş yayılmış arzu və istəklərini alleqorik formada əks etdirən yeddi işıq və video installyasiyasından ibarətdir: "Hakimiyyər", "Şöhrət", "Azadlıq", "Seçim", "Xoşbəxtlik", "Üfüqlər", "Təbiət".



Sərginin konsepsiyasının əsasını insanın mənəvi dünyası məsələlərini və insanla cəmiyyət arasında qarşılıqlı münasibətlərin müxtəlif cəhətlərini araşdıran məşhur fəlsəfi "Sahib olmaq, ya olmaq?" dilemması üzərində rəssamın düşüncələri təşkil edir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri iştirak ediblər. Sərgi 2015-ci il yanvarın 2-dək davam edəcək. (buro24/7.az)


Teqlər:  



Xəbər lenti