Müxalifət Müsavatın mitinqini boykot edir

Müxalifət Müsavatın mitinqini boykot edir
  12 Dekabr 2014    Oxunub:1819
“Müsavatın dekrabrın 14-də keçirilməsi planlaşdırılan mitinqində iştirak etməyəcəyəm”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri Müsavatın mitinqinə getməsə də, vurğulayıb ki, partiya üzvlərinin iştirakı sərbəstdir.

Milli Şuranın sədri Cəmil Həsənli də saytımıza bildirib ki, Müsavatın mitinqi ilə bağlı qurumda heç bir müzakirə olmayıb.

Milli Şuranın digər üzvlərinin də Müsavatın təşkil etdiyi mitinqə getməyəcəyi bildirilir. AXCP bundan öncə bəyan edib ki, onlar da dekabrın 14-də keçirilən mitinqə qatılmayacaqlar.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqilə bağlı müraciətini bu gün cavablandırıb və mitinqin keçirilməsinə icazə verib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti