Heydər Əsədovdan rəis təyinatı

Heydər Əsədovdan rəis təyinatı
  12 Dekabr 2014    Oxunub:2703
Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirlikdə kadr dəyişikliyi həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmrinə əsasən Rüfət Rüstəmzadə 2014-cü il 12 dekabr tarixindən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Rüfət Rüstəmzadə Nazirliyin mərkəzi aparatında Strateji Planlaşdırma və Beynəlxalq Layihələr şöbəsinin müdiri işləyib


Teqlər:



Xəbər lenti