Sərkisyanın xərclədiyi pullar

Sərkisyanın xərclədiyi pullar
  08 May 2013    Oxunub:1056
Ermənistan prezidentinin xaricə səfəri sadə erməni vətəndaşlarına baha başa gəlir.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Ermənistan prezidentinin iqamətgahı “Eyr Armenia” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkət Serj Sərkisyanın təyyarə reyslərini, bir sözlə xaricə səfərini öz VİP xidmətləri ilə təmin edəcək.

Razılaşmanın dəyəri 100 milyon dramdır, bu da təxminən 240 min dollara bərabərdir.

Görəsən bu Sərkisyan hara gedir belə, nəyə görə onun bir səfəri üçün 240 min dolar lazımdır? –İstinad etdiyimiz mənbə bunu müəyyən edə bilməyib. Məlumata görə araşdırmalar davam edir. Yaxın günlərdə Sərkisyanın `yazıq` erməni əhalisinin pullarını hara xərcləməsi məlum olacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti