Şeyxin məhkəməyə verdiyi şirkətdən AÇIQLAMA

Şeyxin məhkəməyə verdiyi şirkətdən AÇIQLAMA
  12 Dekabr 2014    Oxunub:1990
“Travel and Holiday” MMC Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) onları məhkəməyə verməsi xəbərinə aydınlıq gətirib.

Şirkətdən AzVision.az-a bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçi deyil:

“Bu məlumat düzgün deyil. Belə bir şey yoxdur. Boş-boş söhbətlərdir. Bizi heç kəs məhkəməyə verməyib. Ödənilən vəsaitlərin geri qaytarılması ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsindən bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçidir. İdarə müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını tələb edir. Şeyxülislam HacıAllahşükür Paşazadənin sədri olduğu idarənin şirkətdən nə qədər pul tələb etdiyi açıqlanmır.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti