ADU-ya yeni mətbuat katibi təyin edildi

ADU-ya yeni mətbuat katibi təyin edildi
  12 Dekabr 2014    Oxunub:1956
Azərbaycan Dillər Universitetinə (ADU) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bundan sonra Universitetin bütün məlumatlarını ictimaiyyətə Şəfaqət Kazımova çatdıracaq. Bu baradə AzVision.az-a Dillər Universitetindən məlumat verilib.
Bildirilib ki, Səfaqət Fərhad qızı Kazımova universitetin İctimaiyyətlə əlaqələr Departamentində böyük redaktor vəzifəsində çalışıb.

Hazırda onun təyinatı rəsmi təsdiqlənməsə də, mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərir.

ADU mətbuat xidmətinin sabiq rəhbəri Zeynəb Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

AzVision.az



Teqlər:  



Xəbər lenti