11 dekabr 2014-cü il tarixində yürüş iştirakçıları Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.
Yürüşə Azərbaycan Respublikası Peyntbol Federasiyası da qoşulub. Peyntbol Federasiyasının birinci vitse-prezidenti Nadir Adilov, Federasiyanın Baş katibi Əli Fərzəliyev, Baş məşqçi Nicat İskəndərov, Kordinatorlar Cəmilə Abdullayeva, Emil Babayev zirvəyə qalxıblar.
Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı Peyntbol Federasiyasının və “ASAN xidmət”in bayrağı da dalğalandırılıb. İştirakçılar Azərbaycan Respublikasının dövlət himinini oxuyub və Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
12 dekabr tarixində isə yürüş iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Liderin xatirəsini yad edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


