Polislərə seminar keçiriləcək

Polislərə seminar keçiriləcək
  12 Dekabr 2014    Oxunub:2533
Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.
Dekabrın 13-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə MSK-nın üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda, dekabrın 16-da Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti