Arda Turan mükafat aldı

Arda Turan mükafat aldı
  13 Dekabr 2014    Oxunub:1814
"Atletico Madrid"in türkiyəli futbolçusu Arda Turan klubun rəsmi sponsorlarından olan "Mahou" şikrəti tərəfindən mükafat alıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Atletico"da noyabr ayının ən yaxşı futbolçusu olub:

"Özümü çox yaxşı hiss edirəm. Düzü, optimal formada olduğumu düşünürəm. Cari mövsüm yaxşı keçir. Amma bizim üçün əsas olan mövsümün sonunda uğur qazanmaqdır. 2014-cü ili əla başa vurmaqdayıq. İnşallah, qarşıdakı 3 oyunu da qalib başa vurub böyük əhval-ruhiyyə ilə istirahətə yollanacağıq. Bazar günü "Villareal"a qarşı oyun da önəmlidir. Çətin olsa da, azarkeşlərimizi sevindirmək istəyirik. Həm azarkeş, həm komanda, həm də klub cəhətdən "Vicente Calderon"da çox gülüyük".


Teqlər:  





Xəbər lenti