Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçiriləcək

Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçiriləcək
  13 Dekabr 2014    Oxunub:4326
Dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu keçiriləcək.
Dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası baş tutacaq.

AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən, ildə bir dəfə olmaqla keçirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti