Erməni ailənin dediklərinə- BQXK-dən açıqlama

Erməni ailənin dediklərinə- BQXK-dən açıqlama
  13 Dekabr 2014    Oxunub:2415
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə ötən gün ölkəsinə təhfil verilmiş erməni ailə Ermənistan mətbuatına yalan açıqlamalar veriblər.
Gevorkyan ailəsinin başçısı Eqişe Petrosoviç girovluqda olarkən qul kimi saxlanıldıqlarını iddia edib. 4 il Azərbaycanda saxlanılan erməni ailəsi hətta döyüldüklərini və onlara cərəyan verildiklərini deyib. Ailə başçısının sözlərinə görə, onlar Bakıda hərbi polisin binasında yaşayırdılar. Guya erməni ailə dəhlizdə saxlanılıb və onlar orada yaşamağa məcbur olub.

Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi saxlanan şəxslərə həmişə baş çəkib. Onun sözlərinə görə, komitə görüş zamanı gördükləri və müşahidə etdikləri barədə ictimaiyyətə açıqlama vermir.

“Komitə saxlanılan şəxslə olan söhbətin mövzusunu ictimaiyyətə açıqlamır”-deyə İ.Hüseynova vurğulayıb.

Xatırladaq ki, Ermənistan vətəndaşı olan 5 mülki şəxs – Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçmişdilər.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti