“Partiyalarla görüşlər davam etdiriləcək” – Əli Həsənov

“Partiyalarla görüşlər davam etdiriləcək” – Əli Həsənov
  13 Dekabr 2014    Oxunub:2443
“Bu gün keçirdiyimiz siyasi partiyalarla görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları, Azərbaycan vətəndaşlarını düşündürən dövlətin iqtisadi, siyasi, sosial və beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər ətrafında danışdıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün aparıcı müxalifət partiyaları rəhbərləri ilə keçirilən görüşdə səsləndirib:

“Bu tədbirin yekunu kimi bir neçə qənaəti diqqətinizə çatdırmaq istərdim. Qənaətlərdən biri ondan ibarətdir ki, bu görüşlərin davam etdirilməsi həm hakimiyyət nümayəndəsi kimi bizim tərəfimizdən, həm də siyasi partiyalar tərəfindən çox zəruri və gələcəkdə davam etdirilməsi mütləq sayılan həqiqət kimi qəbul olundu. Biz bu qənaətə gəldik ki, bu görüşlər gələcəkdə mütəmadi olaraq davam etdirilsin. Bu görüşlərin keçirilməsi ilə bağı vaxt, müzakirəyə çıxarılacaq məsələlər, insanları, partiyaları narahat edən və ya onları düşündürən daxili və xarici siyasət məsələləri görüşlərdə müdəmadi olaraq müzakirə olunsun”.

PA rəsmisi qeyd edib ki, tədbirdə çox şeyi müzakirə etmək mümükün deyil: “Həm Azərbaycan hakimiyyətinin fəaliyyətinə aid olan məsələlər, həm siyasi partiyaların fəaliyyətinə aid olan məsələlər, azad medianın fəaliyyətinə aid olan məsələlər bu gün ətrafında ciddi söhbət gedən bəzi həbs olunmuş insanlarla bağlı məsələlər, bir sözlə çox məsələlər burda müzakirə olundu. Bütün məsələlər üzrədə tam açıq fikir mübadiləsi aparıldı. Hakimiyyət nümayəndəsi olaraq biz bunların əksəriyyətini dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul edən dövlət strukturları rəhbərlərinə, o cümlədən mən Ölkə Prezidentinə müzakirə olunan məsələlərlə bağlı gəldiyimiz ortaq nəticələrin əksəriyyətini çatdıracam”.

Ə. Həsənov vurğulayıb ki, bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, burada Azərbaycandakı müxalifət partiyaların hamısı təmsil olunmur: “

17 siyasi partiya burada təmsil olunur. Bu partiyaların 8-i ilkin təşəbbüslə çıxış edib, sonrakı müddətdə bu görüşü planlaşdırarkən mətbuata sızan informasiyadan sonra digər partiyalarda iştirak etmək istəklərini bildiriblər. Düşünürük ki, növbəti görüşlərdə bütün siyasi partiyalar bu görüşlərə dəvət olunsunlar. Hər bir siyasi partiyanın özünün cəmiyyətə və həyata keçirilən siyasətə baxışları var. Ümumiləşmiş şəkildə bütün müxalifət partiyalarının rəhbərləri ilə bu görüşlər keçirilsin. Görüşlərdə müxtəlif məsələlər qaldırıldı. Bunların sırasına siyasi partiyaların maliyyələşdirilməsi, siyasi partiyaların mövcud mənzil qərargahla təmin olunması məsələsi, partiyalar və seçki inistitutlarının fəaliyyəti, partiyalar və seçkidə iştirak məsələləri, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak etmə məsələləri, siyasi partiyaların üzvülük norması ilə onların potensialının dəyərləndirilməsi kimi məsələlər müzakirə olundu. Düşünürük ki, birinci görüş üçün kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də növbəti görüşlərin təxmini mövzuları müəyyən edildi”.

AzVision.az


Teqlər:  



Xəbər lenti