Məzahir Pənahov iclas keçirdi

Məzahir Pənahov iclas keçirdi
  13 Dekabr 2014    Oxunub:1613
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq 11 dekabr 2014-cü il tarixli iclasın protokolu təsdiq edilib.

Daha sonra 2014-cü il 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 77 saylı Astara seçki dairəsinin tərkibində dəyişiklik edilib.

İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.


Teqlər:



Xəbər lenti